İstehsalının 2024-cü ilin ortalarında bərpa edilməsi planlaşdırılan Volqa avtomobili müasir dizayna malik olacaq, loqo isə eyni qalacaq.
Texniki baxışla yanaşı sürücülərin utilizasiyaya görə ödəyəcəkləri - RÜSUMLARIN MƏBLƏĞİ
FED.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş nazirinin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov bildirib.
Baş nazirin müavini bildirib ki, istehsal üçün sənaye tərəfdaşı kimi xarici avtomobil istehsalçısı seçilib.
"Bəli, bütün razılaşmalar yekun mərhələdədir. Bu qərarın elan edildiyi gündən, yəni 2023-cü ilin may ayından bəri işlər davam edir. Ona görə də biz ondan çıxış edirik ki, 2024 ilin ortalarında Nijni Novqorod Avtomobil Zavodu klasteri bu avtomobili istehsal etməyə başlamalıdır",- Manturov bildirib.
Yeni avtomobilin radiator barmaqlığı əfsanəvi Volqa ilə oxşar ola bilər.
Bu ilin iyununda bildirildi ki, GAZ Group qrupu texnologiya tərəfdaşının cəlb edilməsi şərtləri ilə Volqa istehsalının bərpasını müzakirə edir. (Marja)