Bu ilin yanvar ayında "Volkswagen Group"un qlobal tədarükü illik ifadədə 15,2% azalıb.
Eləcə də bax: "Volvo"nun satışları kəskin - AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, "Volkswagen" yanvar ayında 699,5 min avtomobil tədarük edib, ötən ilin eyni ayında isə bu göstərici 825 minə bərabər idi.
Qərbi Avropa bazarında tədarük 3,9%, Mərkəzi və Şərqi Avropa bazarlarında 22,8%, Şimali Amerika bazarında 5%, Çin bazarında isə 18,3% azalıb.