"Volvo Car Group"un satışları yanvar ayında kəskin dərəcədə - 20,2% azalaraq 47 561 vahid avtomobilə enib.
Eləcə də bax: “Toyota" ötən il dünyanın - Ən Çox Avtomobil Satan Şirkəti Olub
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, şirkətin avtomobillərinə yüksək tələbata baxmayaraq, mikroçiplərin çatışmazlığı istehsalı və nəticədə satışların da azalmasına gətirib çıxarıb. İsveçin nəhəng avtomobil şirkətinin Avropadakı satışları 24,8%, ABŞ-da isə 12,8% azalıb.
Qeyd edək ki, qlobal miqyasda çiplərin tədarükündə fasilələr ilk növbədə müxtəlif elektron sistemlərin istehsalı üzrə ixtisaslaşmış şirkətlərin gəlirlərinə təsir göstərib.