"Toyota" şirkəti Sankt-Peterburq şəhərindəki zavodunu bağlayır.
Eləcə də bax: Toyota-nın prezidenti şirkətin tarixində rekord məbləğdə - MÜKAFAT ALIB
FED.az xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
“Toyota Motor Company” Sankt-Peterburq şəhərində yığılma zavodunu bağlayır. Bununla belə, şirkət işçi heyəti qarşısında bütün sosial öhdəliklərin yerinə yetirilməsini, eləcə də əhəmiyyətli əlavə kompensasiya ödənişlərini təmin edəcək. Bundan əlavə, şirkət “Toyota” və “Lexus” avtomobillərinə satış sonrası xidmət göstərilməsini və diler şəbəkəsinə dəstək verilməsini davam etdirəcək”, - nazirlikdən bildirilib. (Report)