Elektrikli avtomobil rəqabətinə daxil olan texnologiya şirkətlərindən biri olan Huawei ilk modelini təqdim edib.
Eləcə də bax: Xaricdən gətirilən avtomobillər üçün – AKSİZLƏR ARTIRILACAQ – HESABLAMA, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, HarmonyOS əməliyyat sistemilə işləyəcək Aito M5 modelinin tədarüklərinə 2022-ci ilin fevralında başlanması planlaşdırılır. Avtomobilin qiymətləri 39 min dollardan başlayır.
Huawei yeni modeli ilə Çin şirkətləri arasında avtomobil rəqabətinə girdi.
"Huawei Consumer Business Group"un baş direktoru Riçard Yu şirkətin qış məhsullarının təqdimat mərasimində verdiyi açıqlamada, Aito M5 elektromobilinin Huawei-nin Harmony OS əməliyyat sistemindən istifadə edən ilk avtomobil olacağını və avtomobilin həm elektrik enerjisi, həm də mineral yanacaqla işləyəcəyini bildirib.
Nəqliyyat vasitələrinin 20 Fevral tarixindən etibarən təhvil verilməsini gözlədiklərini qeyd edən Yu, Aito M5-in qiymətlərinin 250 min yuandan (39 min 63 dollar) başladığını bildirib. Bu rəqəm 280 752 Yuan-dan başlayan Tesla-nın Y modelindən aşağıdır.
Yu, Aito M5-in Model Y-dən daha uzun olduğunu və daha çox güc təklif etdiyini iddia edib. Bununla belə, Tesla avtomobillərindən fərqli olaraq, Aito M5 təkcə elektrik enerjisi ilə işləmir. Avtomobildə həmçinin akkumulyatorun tükənməsi halında hərəkətin davam etdirilməsi üçün benzin çəni də var.
Elektromobilin bir çox fərqli xüsusiyyətindən bir də səs keçirməyən şüşələridir. Yu şüşələrdən bəhs edərkən, "Özəlliyin yüksək keyfiyyətdə olub olmadığını səsdən anlayacaqsınız. Səs kitabxana səssizliyi səviyyəsində olacaq", - deyib. (Marja)