2020-ci ildə Rusiyanın avtomobil istehsalçısı olan "AvtoVAZ" şirkətinin daxili və xarici bazarlarda satışları əvvəlki illə müqayisədə təxminən 5% azalaraq 393,8 min avtomobilə düşüb.
Eləcə də bax: “Hyundai”ın səhmləri bu xəbərdən sonra - 20% Artıb
FED.az xəbər verir ki, bu barədə "AvtoVAZ"ın daxil olduğu "Renault Groupe"un açıqlamasında deyilir.
Qeyd olunur ki, ümumilikdə, 2020-ci ildə "AvtoVAZ" 383,9 min minik və kiçik tonnajlı kommersiya yük avtomobili (LCV), 9,8 min "Niva" satıb.
Xatırladaq ki, 2019-cu ildə isə avtokonsern tərəfindən 412,4 min avtomobil realizə edilib, onların 362,4 mini Rusiyanın avtomobil bazarının payına düşüb. (Apa)