Ən populyar avtomobil markalarından biri olan “Hyundai” Apple ilə elektrikli avtomobil layihəsi ilə bağlı ilkin müzakirələrə başladıqlarını söyləyib.
Eləcə də bax: “Tesla”nı bu şirkətə - Satmaq İstəyibmiş - Maskdan Etiraf
FED.az Banker.az-a istinadən xəbər verir ki, iki nəhəng markanın Apple avtomobili və ya yeni bir layihə üzərində işləyəcəyi hələ məlum deyil.
Hyundai son açıqlamasında, Apple ilə danışıqlara başladıqlarını və elektrikli avtomobil layihəsi üzərində çalışacaqlarını bildirib. Hyundai ancaq çox erkən mərhələdə olduqlarını, buna görə qərar verilmiş qəti bir şey olmadığını da bildirib. İki şirkət hələ ortaq bir qərara gələ bilməsə də, “Hyundai”nin bu xəbəri şirkətin səhmlərinin 20%-dən çox artmasına səbəb olub.