Türkiyədə avtomobil sahibləri üçün yeni faydalı elektron xidmətlər istifadəyə verilib. FED.az xəbər verir ki, Poçt və Teleqraf Təşkilatı (PTT) ikinci əl maşınların kilometr məlumatlarından sonra xəsarət qeydlərini də müştərilərlə bölüşməyə başlayıb.
Avtomobilin zədələnməsi, avtomobilin verdiyi zərər və avtomobilin dəyişdirilmiş hissələri barədə məlumat xidmətlərini PPT Bank internet bankçılığı vasitəsilə istifadə etmək mümkündür.
Eləcə də bax:Türkiyə mebel ixracından - 3,1 MİLYARD DOLLAR QAZANIB - SİYAHI
Bu xidmət sayəsində satıcıların avtomobilin kilometr göstəricisinin sıfırlaması halları da azalıb.
Xidmətdən istifadə etmək üçün www.epttavm.com və "HGS-Online Bakiye Yükle" mobil proqramına daxil olub, avtomobilin nömrəsi və ya şassi nömrəsini sistemə daxil etmək və 6 lirə ödəmək lazımdır. İndiyədək bu xidmətdən 1 milyon 531 min nəfər bu xidmətdən yararlanıb.
Bundan əlavə «PTT» AŞ, avtombil sahibləri üçün yeni xidmətə də başlayıb. Söhbət avtomobillərin zədələnməsi tarixçəsinin açıqlanmasından gedir. Belə ki, avtrmobil qəzaları haqqında bütün məlumatlar bu sistemə yerləşdirilib və müştərilər müəyyən ödəniş müqabilində hər hansı avtomobilin qəzaya düşüb düşməməsi və ya xəsarət alması ilə bağlı məlumat ala biləcəklər. Bunun üçün sadəcə sistemə daxil olaraq 8 lirə ödəmək kifayətdir.