“Porsche” ən ucuz elektrik avtomobilini təqdim edib -Taycan 4S.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu avtomobil üç saniyəyə 96 km/s çata və 250 km/s sürətlə hərəkət edə bilər.
Xatırladaq ki, sentyabrda şirkət elektrik avtomobilinin daha iki modelini təqdim etmişdir – “Taycan Turbo” və “Taycan Turbo S”. Hər iki avtomobilin maksimal sürəti 260 km/s təşkil edir. “Turbo S” modelində sürətli start üçün “Lounch Control”, qısamüddətli güc artımı üçün (560 kVt) isə “Overboost” funksiyası var.
Eləcə də bax:Gələn il Kia Azərbaycana yeni SUV gətirə bilər – QİYMƏTLƏR
“4S” modeli istehsalçının elektrik avtomobilləri arasında ən ucuzudur. "Taycan 4S"-in rəsmi açıqlanan qiyməti 178 min 259 manatdır. Yeni avtomobillərini təqdim edən “Porsche”, “Tesla” şirkəti ilə rəqabəti daha da gücləndirir. Qeyd edək ki, “Taycan 4S” ilə “Model S” avtomobillərinin qiymətləri təxminən eynidir.
Şirkət 2022-ci ilə qədər elektrik avtomobillər, hibridlər və onlarla əlaqəli olan xidmətlərə 6 milyard avro investisiya qoymağı planlaşdırır. Gələn ilin sonunda “Porsche” “Taycan Cross Turismo” modelini təqdim edəcəyini bildirib.