Kia avtomobilinin Azərbaycanda rəsmi ditribüteri olan "Kia Motors Azərbaycan" gələn il ölkəyə yeni Kia Telluraid SUV kuzovlu modelini gətirəcək.
Bunu FED.az-a "Kia Motors Azərbaycan"dan bildiriblər. Şirkətdən verilən məlumata görə, Kia Telluraid əsasən ABŞ bazarı üçün istehsal olunub. Hazırda Rusiyada da bu model avtomobillər satılır. Lakin şirkət Azərbaycanda bazar araşdırması etdikdən sonra ölkəyə bu maşınlardan gətirməyi planlaşdırır. Qeyd edək ki, hazırda ölkədə bu avtomobilin rəqibi Hyundai Palisadedir.
Eləcə də bax: Gömrük rüsumuna görə Azərbaycana ən çox - BU AVTOMOBİLLƏR GƏTİRİLİR – SİYAHI
Kia Telluraidin Azərbaycanda satış qiyməti 100 min manatdan çox olacağı bildirilir.
Məlumat üçün bildirək ki, ümumilikdə Kia brendinin 22 avtomobil modeli var ki, bunlardan 10-nu Azərbaycana gətirilir.
Şirkətdən FED.az-a verilən məlumata görə, Azərbaycanda Kia nın ən çox satılan modeli Riodur. Buna səbəb isə avtomobilin mühərikinin həcminin kiçik olması və az yanacaq yandırmasıdır. Ölkəmizdə Kianın ikinci ən çox satılan modeli isə Kia Sportage modelidir. Üçüncü ən çox satılan isə Kia Carnival modelidir.
Kia Rio sedan Azərbaycanda rəsmi distribüterdə 24 500 manatdan başlayan qiymətlərlə, Rionun x-line modeli isə 27 900 manadan başlayan qiymətlərlə təklif olunur.
Kia Sportage isə 47 min manatdan başlayan qiymətlər təklif olunur. Həmçinin o da bildirilib ki, hazırda salonda 2018-ci il istehsalı olan sıfır kilometraj yürüşü olan full komplektasiyalı Sportagelər 8 min 900 manatla endirimlə, 51 min manat təklif olunur və bu maşınlardan cəmi 3 ədəd qalıb.
Kia Carnivallar isə 74500 manatdan başlayan qiymətlərlə təklif olunur.
Kia Motors Azərbaycanın kredit şərlərinə görə, alıcı dəyəri 30 min manatadək olan avtomobil üçün ilkin ödəniş olaraq 50% ödəməlidir. 30 min manatdan baha olan avtomobillər üçün isə 40% ilkin ödəniş olmalıdır. Kredit maksimum 4 ilə qədər verilir. 1-2-3 illiyə kredit götürüləndə illik 16% , 4 illik olanda isə 17%-lə krdit verilir.