Özbəkistanda yığılan avtomobillərin çeşidi və marka sayı sürətlə artmaqdadır.
Eləcə də bax: «Kia Sorento»nun hibrid versiyası buraxılacaq
FED.az xəbər verir ki, qardaş ölkədə «Kia»nın Seltos krossoveri və «K5» («Optima») biznes sedanı yığılacaq.
«Kia» şirkəti elan edib ki, Özbəkistanın Cizak şəhərində «Kia Seltos» və «Kia K5» modellərinin yığımına başlanacaq.
Ümumiyyətlə sözügedən zavodun sahiblərinin planlarına görə, burada bir neçə brenddən olan avtomobillər yığılacaq. Amma «Kia» modelləri burada aparıcı rola malik olacaqlar.
Özbəkistanda yığılacaq «Kia» modellərinin başqa ölkələrə ixrac edilib –edilməyəcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Cizakdakı zavodun tikintisi hələ başa çatmayıb – tikinti işləri hazırda başa çtamaq üzrədir. İlkin mərhələdə istehsal gücü ildə 25 min avtomobildir. İkinci mərhələdə 100 min avtomobil buraxılmalıdır.