«Kia» şirkəti özünün flaqman krossoveri olan «Sorento»nun hibrid versiyasını buraxır.
Eləcə də bax: Kia yenilənmiş «Rio»nu - TƏQDİM EDİB
FED.az-ın məlumatına görə, şirkət elan edib ki, Avropada 2021-ci ilin əvvəlində hibrid «Sorento» krossoverinin satışı başlayır. «Kia Sorento»da 1,6 litrlik benzin mühərriki, eləcə də 90 at gücü olan elektrik mühərriki olacaq. Altı pilləli avtomat sürət qutusu olan avtomobil 265 at gücünə malik olacaq. Elektrik mühərriki avtoombilə benzin mühərrikini işə salmadan qısa məsafələrə getməyə də imkan verəcək.
Avtomobilin xarici görünüşü qeyri-hibrid versiyasından demək olar ki, fərqlənməyüəcək, salonda isə hibrid mühərrikinin vəziyyətini göstərən ekran yerləşdiriləcək.
Qeyd edək ki, «Kia»nın «Sorento» modeli həm də Rusiyada, Kalininqradda istehsal edilir. Burada avtomobillər iki variantda - 2,2 litrlik, 202 at gücü olan dizel və 2,5 litrlik 180 at gücü olan variantda buraxılacaq. Avtomobillər həm qabaq, həm də tam ötürmə ilə işləyəcək, eləcə də 5-7 yerlik olacaq.