2022-ci ildə Azərbaycana 113 mln. 796 min dollar dəyərində 4695 ədəd traktor idxal olunub.
Yanvarda Azərbaycanda maşınların istehsalı - İKİ DƏFƏ ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi 2021-ci illə müqayisədə say baxımından 41.7% və ya 1382 ədəd, məbləğ baxımından isə 68% və ya 46 mln. 94 min dollar çoxdur. 2021-ci ildə ölkəyə 67 mln. 701 min dollar dəyərində 3313 ədəd traktor gətirilib.
Qeyd edək ki, ötən il Azərbaycana gətirilən traktorların idxal qiyməti 18.6% artıb. Belə ki, 2021-ci ildə ölkəyə gətirilən bir traktorun orta qiyməti 20 min 435 dolar təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 18.6% artaraq 24 min 237 dollara bərabər olub. (Apa)