Taksi qiymətlərinə görə ölkələrin reytinq sıralaması açıqlanıb.
Sərnişinlər niyə taksini seçir? - DETALLAR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan bu sıralamada 100-cü yerdədir.
Maraqlıdır ki, Azərbaycanda qiymətin 1 km üçün 0,59 dollar (1.03 AZN) hesablandığı qeyd olunub.
Rusiyada 0,45 dollar, Ukraynada 0,36 dollar, Ermənistan və Belarusda 0,33 dollar, Tacikistan və Özbəkistanda 0,3 dollar, Moldovada 0,29 dollar, Qırğızıstanda isə 0,23 dollardır ki, bu da MDB-də ən aşağı göstəricidir.
Qlobal səviyyədə taksi qiymətlərinə görə liderlər İsveçrə, Lüksemburq və Bəhreyndir, ən sərfəli qiymətlər isə Qırğızıstan, Filippin və Moldovadadır.
Dünyanın ən bahalı şəhərləri Sürix, London və Tirana, ən ucuzları isə Hindistanın Surat və Bhubanesvar şəhərləri, həmçinin Xarkovdur.