Yaponiyanın avtomobil istehsalçısı Nissan Motor Co şirkətinin bazar ertəsi açıqladığı strategiyasına əsasən, 2030-cu ilə qədər 19-u elektrik avtomobili (elektromobil) olmaqla 27 yeni avtomobil modelini, 2024-cü ilə qədər isə xüsusi olaraq Çin bazarı üçün elektrik avtomobil modelini təqdim etmək niyyətindədir.
Toyota-nın hibrid avtomobili Türkiyədə - İSTEHSAL OLUNACAQ
FED.az xəbər verir ki, sənəddə deyilir: "Nissan Ambition 2030-un uzunmüddətli vizyonunu həyata keçirərək tərzimizi təkmilləşdirmək, bütün imkanları araşdırmaq və elektrikləşdirmə strategiyamızı genişləndirmək üçün təşəbbüslər elan etmək niyyətindəyik".
Plana əsasən, 2030-cu il aprelin 1-dən başlayacaq 2030-cu maliyyə ilinə qədər avtomobil istehsalçısı 19-u elektromobil olmaqla 27 yeni modeli təqdim etməyi planlaşdırır. Bundan əlavə, 2024-cü il aprelin 1-dən başlayaraq 2024-cü maliyyə ilində şirkət eksklüziv olaraq Çin bazarı üçün elektrikli avtomobil modelini təqdim etməyi planlaşdırır.
2026-cı ilə qədər avtomobil istehsalçısı elektrik və hibrid avtomobillərin inkişafına 2 trilyon yen (təxminən 14,7 milyard dollar) sərmayə yatırmağı nəzərdə tutur.
Avtomobil istehsalçısı 2026-cı ilə qədər hibridlər də daxil olmaqla elektromobillərin payını Yaponiyada satışlarının 58%-nə, Avropada isə 98%-nə çatdırmağı hədəfləyir. 2030-cu ilə qədər elektromobillərin payı şirkətin qlobal yeni avtomobil satışlarının 55%-nə çatmalıdır. (Marja)