Əmlak Məsələləri Dövlət Xidməti dövlət qurumlarına məxsus olan avtomobillərin növbəti partiyasını satışa çıxarıb.
Eləcə də bax: Azərbaycan minik avtomobillərini hansı ölkələrdən alır? - TOP-10-SİYAHI
FED.az xəbər verir ki, bu dəfə satışa çıxarılan avtomobil və texnikalar arasında Ekologiya Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar nazirliyi, Şəhərsalma Komitəsi, Dəmir Yolları və sair qurumların avtomobilləri var.
11 may 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin qiymətləri 1000 manatdan başlayır 18 min manata qədər artır.
Siyahıda təqdim edilən bəzi nəqliyyat vasitələri təkrar hərraca çıxarılıb. Təkrar hərraca çıxarılan nəqliyyat vasitələrinin böyük qisminə 10, 25 və 50 faiz dəyərində endirib edilib.
S/N |
Balanssaxlayıcı müəssisənin adı |
Nəqliyyat vasitəsinin markası |
Buraxılış ili |
Start qiyməti (manatla) |
1 |
Göygöl Rayon İcra Hakimiyyəti |
Vaz-21214 |
2008 |
2500 |
2 |
Göygöl Rayon İcra Hakimiyyəti |
Vaz-21214 |
2007 |
2500 |
3 |
Energetika Nazirliyi |
Vaz-21041 |
2011 |
4500 |
4 |
Energetika Nazirliyi |
Vaz-21041 |
2011 |
4500 |
5 |
Energetika Nazirliyi |
Vaz-21074 |
2007 |
3500 |
6 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Daymler Benz |
1989 |
3000 |
7 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
HP-820 |
1993 |
3000 |
8 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
KAVZ-685 |
1983 |
1200 |
9 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Buldozer DT-75 |
1986 |
1100 |
10 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Zil-157 KD yük |
1982 |
2000 |
11 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Vaz 21213 |
1998 |
1800 |
12 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Vaz 21214 |
2007 |
2200 |
13 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Vaz 21214 |
2006 |
3000 |
14 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Vaz 21214 |
2007 |
5000 |
15 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Kamaz 6520-060006 |
2008 |
7000 |
16 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Lafet |
1100 |
110 |
17 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Meredes S350 |
1994 |
6000 |
18 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Nissan Maxima |
1997 |
4500 |
19 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
KAVZ-685 |
1984 |
2000 |
20 |
Fövqəladə Hallar Nazirliyi |
Qaz 31105-120 |
2005 |
5850 |
21 |
Fövqəladə Hallar Nazirliyi |
Nissan Pickup |
2005 |
10800 |
22 |
Fövqəladə Hallar Nazirliyi |
Mitsubishi L200 |
2012 |
18000 |
23 |
Kənd Təsərrüfatı Nazirliyi |
QAZ-24 |
1970 |
1500 |
24 |
“Azərbaycan Dəmir Yolları” QSC |
Toyota Land Cruiser |
1999 |
15500 |
25 |
Energetika Nazirliyi |
Qaz - 2705 yük |
1999 |
1000 |
26 |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi |
Mitsubishi Galant |
2006 |
6000 |
Qeyd: 6-19-cu sətirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarının balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
20-22-ci sətirdə Fövqəladə Hallar Nazirliyi balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
23-cü sətirdə Kənd Təsərrüfatı Nazirliyi balansında olan nəqliyyat vasitəsi 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.
24-cü sətirdə “Azərbaycan Dəmir Yolları” QSC balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
25-ci sətirdə Energetika Nazirliyinin balansında olan nəqliyyat vasitəsi 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.
26-cı sətirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalanadək qəbul olunur.