Naxçıvan Avtomobil Zavodu (NAZ) yeni «Maple» avtomobillərinin istehsalına başlayıb.
Avtomobillər üçün yağ dəyişmə xidməti bahalaşıb – SİYAHI, QİYMƏTLƏR
«Reno» maşınlarının Azərbaycana gətirilməsi – DAYANDIRILDI - RƏSMİ
FED.az xəbər verir ki, mini SUV modelin mühərrik həcmi 1,5 litr, mühərrikin gücü 109 at gücü təşkil edir. Maşının uzunluğu 4 metr, eni 1760 mm, hündürlyü 1575 mm təşkil edir.
İstehsalçı vəd edir ki, «avro 5» standartı ilə işləyən maşın 100 km-ə 6,1 litr benzin sərf edir. Yanacaq çəni 40 litr tutur, oturacaqların sayı 5-dir.
"Maple X3 pro" avtomobilinin qiyməti avtomat sürət qutusu ilə 24,9 min manat, mexaniki sürət qutusu ilə isə 22,9 min manat təşkil edir.
Satış şərtlərinə əsasən «Maple»ları 9500 manat ilkin ödəniş etməklə illik 15% faizlə, 4 illik kreditə götürmək olar – aylıq ödəniş 500 manat olur.
Maşina 5 il və ya 100 min km qarantiya verilir.