«Mercedes-Benz» şirkəti Parisdə keçirilən avtosalonda EQE SUV elektrokrossoverini təqdim edib.
Eləcə də bax: Almanlar məşhur «Mercedes 600 SEL 1992» modelini - SİFARİŞLƏ YIĞIRLAR, YENİLİK - VİDEO
FED.az xəbər verir ki, yeni model şirkətin «EQS SUV» modelinin qısaldılmış variantıdır.
Satışlar 2023-də başlayır, satışların əvvəlində arxa və tam ötürücülü 5 variantı əldə etmək mümkün olacaq. Ən «uzaqgedən» «EQE» birdəfəyə 590 kilometr yol qət edə bilər.
«Mercedes-Benz EQE SUV»un ölçüləri 4863/1940/1686 millimetrdir. Təkər bazası (təkərlər arasındakı məsafə – avtomobilin rahatlığının əsas göstəricilərindən biri – FED.az) 3030 millimetrdir.
«EQE SUV»un salonu yalnız 5 yerlik ola bilər. Daha zəngin komplektasiyalarda maşının içərisində 56 düymlük nəhəng ekranla informasiya-əyləncə sistemi quraşdırılıb.
«Mercedes-Benz EQE 350+ SUV» baza variantı sayılır – avtomobil arxa ötürücü ilədir, 292 at gücünə malikdir, birdəfəlik yükləmə ilə 590 km gedə bilir. Tam ötürücülü variant – «EQE 350 4Matic SUV» isə 558 kilometr qət edir.
«EQE 500 4Matic SUV» ən yüksək variant sayılır - 408 at güclü və 547 km məsafə ilə.
«Mercedes-Benz EQE SUV»ları ABŞ-da Alabama ştatındakvı zavodda yığacaqlar. Qiymətlər isə dekabrda açıqlanacaq.