Almaniyanın «RENNtech» avtomobil atelyesi «Mercedes-Benz»in əfsanəvi modeli – 1992-ci ildə buraxılan «S-Class 600 SEL 1992» modelinin yeni versiyasnı hazırlayıb.
V12 mühərrikinin həcmi 6 litrdən 7,6 litrə qaldırılıb, nəticədə maşının gücü 408 at gücündən 615 at gücünə qaldırılıb.
Avtomobil 100 kilometri 5 saniyəyə yığır. Maksimul sürət saatda 250 km-dir.
Avtomobildə 4 pilləli avtomat sürət qutusu 5 pilləliyə dəyişdirilib, keramika əyləc diskləri quraşdırılıb.
Avtomobilin bəzi hissələri AMG-hissələri ilə ilə əvəz edilib və ya həmin stilə uyğunlaşdırılıb, 19 düymlyk disklər quraşdırılıb.
Salonda isə arxa oturacaqlar iki yerə ayrılıb, hər biri ayrıca tənzimlənir. Hələlik avtomobil yalnız bir əddə buraxılıb, amma şirkət sifarişlə eyni «W140» yığmağa hazırdır.