Almaniyanın Mercedes-Benz konserni Polşanın Yavor şəhərində elektromobil zavodunun tikintisinə bir milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.
"Mercedes" elektriklə işləyən krossover buraxdı - GLE-NİN ELEKTRİK VARİANTI - GÖSTƏRİCİLƏR - FOTOLAR
FED.az xəbər verir ki, bunu şirkətin kommersiya avtomobilləri bölməsinin rəhbəri Matias Geissen bildirib.
"Biz Yavorda bir milyard avrodan çox sərmayə qoymaq istəyirik. Yavorda gələcəyin avtomobillərini istehsal edəcəyik", - deyə o bildirib.
Geissen bildirib ki, zavod elektrik furqonları da istehsal etməyi planlaşdırır. (Marja)