Rusiyanın “Avtodom” holdinqi Almaniyanın “Mercedes-Benz” konserninin Rusiyadakı aktivlərini almaq üçün müqavilə bağlayıb.
Azərbaycanda Rusiya avtomobillərinin satışı - KƏSKİN AZALDI
FED.az xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidmətindən bildirilib.
Müqaviləyə, Alman şirkətinin Rusiyadakı rəsmi distribyutoru - "Mercedes-Benz Rus" ASC, onun Moskva vilayətindəki zavodu, lizinq törəmə şirkəti, sığorta ilə məşğul olan şirkəti və "Benz Bank Rus" daxildir.
Rusiyada "Mercedes-Benz"in aktivlərini alan "Avtodom" şirkəti Almaniya konserninin Moskva vilayətinin Esipovo qəsəbəsindəki keçmiş zavodunda premium Çin avtomobilləri istehsal etməyi planlaşdırır. Bu barədə “Avtosmart” şirkətinin (“Avtodom”un törəmə müəssisəsi) baş direktoru Maksim Şişko bildirib.
"Biz başa düşürük ki, Mercedes-Benz zavodu premium avtomobillərin istehsalı üçün ən əlverişli yerdir, ona görə də bəli, söhbət premium Çin avtomobillərinin istehsalından gedir", - Şişko bildirib.
Top menecerin dediyinə görə, gələn ay Moskva yaxınlığındakı zavodda avtomobillərin yığılması üzrə çinli tərəfdaş seçiləcək.
Moskva vilayətində "Mercedes-Benz" zavodu 2019-cu ildə fəaliyyətə başlayıb. Şirkət E-class sedanları, həmçinin GLC, GLE və GLS krossoverləri istehsal edib. 2022-ci ilin oktyabrında Alman şirkəti Rusiyanı tərk etmək və Rusiya aktivlərini "Avtodom" diler holdinqinə satmaq planlarını açıqlayıb.
"AVTODOM" lüks və premium avtomobillərin satışı və texniki xidməti üzrə ixtisaslaşmış avtomobil holdinqidir. (Marja)