"Minsk Avtomobil Zavodu"nun (MAZ) istehsal etdiyi texnikanın Azərbaycanda irəlilədilməsi üçün hərtərəfli dəstək göstəriləcək.
Gəncədə İtaliya şirkətilə alman traktorları yığılacaq – XARİCƏ İXRAC EDİLƏCƏK – İMZALANMA
FED.az xəbər verir ki, bunu Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Dmitri Pineviç MAZ-ın rəhbərliyi ilə keçirdiyi görüşdə deyib.
Görüş zamanı müəssisənin baş direktoru Valeri İvankoviç səfirə Azərbaycanla əməkdaşlığın mövcud vəziyyəti, həmçinin yanğınsöndürmə və kommunal texnikanın tədarükü layihələri haqqında məlumat verib.
Qeyd edək ki, "Minsk Avtomobil Zavodu" yük, sərnişin, qoşqu və xüsusi texnika istehsalında ixtisaslaşıb. MAZ-ın Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir və “Gəncə Avtomobil Zavodu” ilə əməkdaşlıq əlaqələrini fəal şəkildə inkişaf etdirir. (Report)