Azərbaycanda koronavirus səbəbindən zəmifləyən avitomobil idxalı may ayında yenidən canlanmağa başlayıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk ilk 5 ayında ölkəyə 19 678 avtomobil gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26% artıqdır.
Eləcə də bax: Azərbaycana avtomobil idxalı - 26% ARTIB
Amma aylar üzrə statistikaya baxanda məlum olur ki, mart ayından zəifləməyə başlayan avtomobil biznesi may ayında bir qədər dirçəlib.
Belə ki, ölkəyə yanvarda 5906 avtomobil, fevralda 5641 avtomobil, martda 3945 avtomobil, apreldə isə 1704 avtomobil gətirilmişdi. May ayında isə xaricdən Azərbaycana 2482 avtomobil gətirilib ki, bu da aprellə müqayisədə 45% artıqdır.