Bu ilin yanvar-may aylarında Azərbaycana 19 678 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,2% çoxdur.
Eləcə də bax: Aprel-mayda minik avtomobilləri istehsal edilməyib, traktor - İSTEHSALI DAYANDIRILIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkəyə 18 425 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 30% çoxdur.
Bundan başqa, bu ilin ilk beş ayında ölkəyə 1 114 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 12,5% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 71 ədəd (artım 1 ədəd) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 68 ədəd (3 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub. (Apa)