J.D. Power&Associates marketinq agentliyinin Çin bölməsi yeni avtomobillərin ənənəvi keyfiyyət reytinqini açıqlayıb.
Ümumilikdə bazar üzrə avtomobil sahiblərinin rastlaşdığı problemlərin sayı artıb. Hər 100 avtomobilə 213 narazılıq qeydə alınıb ki, bu da ötən ildən 2,8 dəfə artıqdır.
Çindəki avtomobil sahiblərinin əsas narazılıqları maşının xarici görünüşü və salondavkı qoxu ilə bağlıdır. Bu iki səbəblə bağlı narazılıqlar artıb. Əvəzində multimedianın işi ilə bağlı narazılıqlar azalıb.
Sorğunun nəticəsi olaraq Çin avtomobil istehsalçıları arasında keyfiyyəti reytinqinin lideri «Changan» olub – 100 avtomobilə 209 narazılıq. Sonrakı yerləri «Chery» və «GAC Trumpchi» (215 narazılıq) və «Geely» (216 narazılıq) tutur.
Çinin xarici şirkətlərlə birlikdə avtomobil istehsalını da nəzərə alanda keyfiyyət lideri «GAC-Honda» şirkəti olub – 100 avtomobilə 193 narazılıq.
Xatırladaq ki, «J.D. Power» şirkətinin tərtib etdiyi ənənəvi illik reytiinq 4 min nəfər arasında sorğunu əhatə edir və 247 brendlə bağlı keçirilir.