Avropa İttifaqında mart ayında 844 187 yeni avtomobil satılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5% azdır.
Eləcə də bax: "Rusiya avtomobillərinin Azərbaycana idxalı ilə bağlı problem yoxdur" - AÇIQLAMA
FED.az xəbər verir ki, statistikanı Avropa Avtomobil İstehsalçıları Assosiasiyası yayıb.
Qurum bildirir ki, martda satılan avtomobil sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azdır. Bu həm də, 1990-cı ildən sonra qeydə alnmış ən aşağı göstəricidir.
Satışların azalması ölkələr üzrə kəskin şəkildə fərqlənir. Geriləmə Polşada 17,4%, Almaniyada 17,5%, Belçikada 17,7%, Fransada 19,5%, İtaliyada 29,7%, İspaniyada 30,2%, İsveçdə isə 39,5% olub.
Markalar üzrə gerilməməyə gəlincə: qitənin ən böyük avtomobil istehsalçıları olan “Volkswagen”in satışları 24,3% azalıb.
Regionun ikinci avtomobil istehsalçısı olan “Stelantis” qrupunun satışları 33, bazar payı 20% geriləyib.
“Renault” qrupunun satışları isə 14,5% geriləyib.
Ümumilikdə il başlayandan qitədə 2 milyon 240 min təzə avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövründəkindən 12,3% azdır. (Apa)