Bu ilin ilk yarısında Rusiyanın “Avtovaz” avtomobil istehsalçısı Avropa İttifaqına daxil olan ölkələrdə “Lada” modelindən olan 741 avtomobil satıb.
Eləcə də bax: “Avtovaz” “Lada Granta” və “Niva”nın istehsalını - Bir Sutkalıq Dayandırır
FED.az xəbər verir ki, bu, bir il əvvəlin göstəricisindən 35,4 % azdır. Belə ki, həmin ildə 1 147 avtomobil satılıb. Rusiya brendindən bir pillə yuxarıda Fransanın “Alpine” şirkəti qərarlaşıb. İstehsalçı hesabat dövründə Avropa bazarında yalnız 903 avtomobil sata bilib.
Məlumata görə, bazarın lideri satışlarını ötən illə müqayisədə 26,6 % artıran “Volkswagen” olub. Şirkət 579 612 ədəd avtomobil satıb. İkinci yeri tutan “Renault” 357 217 ədəd, üçüncü yerin sahibi “Peugeot” 316 207 ədəd avtomobil satıb. (Report)