Rusiyanın “Avtovaz” şirkəti bu gün “Lada Granta” və “Niva” avtomobillərinin istehsalını bir sutkalıq dayandıracaq.
Eləcə də bax: "Lada"nın bir neçə modelinin istehsalı - Dayandırılıb
FED.az xəbər verir ki, buna səbəb kimi Almaniyanın “Bosh” şirkətinin tədarük etdiyi elektron hissələrin çatışmamazlığı göstərilir.
"Avtovaz" bu yay artıq 4-cü dəfədir ki, istehsalı dayandırır. Bir gün əvvəl yenə də bir sutkalıq dayanmadan sonra “Lada Largus” və “Xray”in istehsalı bərpa olunub.
Xatırladaq ki, “Lada” markası “Vesta”, “Xray”, “Largus”, “Granta” və “Niva” modellərindən ibarətdir. Brend 20%-lik payla Rusiyanın avtomobil bazarının lideridir. Bu ilin ilk yarısında şirkət 200,2 min avtomobil satıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 51% çoxdur. (Report)