Avto

“Kia Azərbaycan” “Sportage”ləri – ENDİRİMLƏ SATIŞA ÇIXARIB - QİYMƏT

“Kia Azərbaycan” “Sportage”ləri – ENDİRİMLƏ SATIŞA ÇIXARIB - QİYMƏT | FED.az
16:37 19 Noy 2019

Kia avtomobil brendinin Azərbaycanda rəsmi distrubüteri olan “Kia Motors Azərbaycan” “Sportage”modellərini endirimlə satışa çıxarıb.

Eləcə də bax: Bakıda satılan avtomat sürət qutulu - ƏN UCUZ AVTOMOBİLLƏR – QİYMƏTLƏR

Şirkətdən FED.az-a verilən məlumata görə, 2018-ci il istehsalı olan lakin 0 kilometr yürüşü olan sportagelər 59 900 manatdan 51 min manata endirilib. Hazırda avtosalonda 2 ədəd belə maşın var. Maşınlar full komplektasiyadır.

Eləcə də bax:Azərbaycana Çin prezidentinin istifadə etdiyi – AVTOMOBİLLƏR GƏTİRİLƏCƏK

Digər bir endirimdə olan Sportage avtomobilləri isə Azərbaycanda  UEFA yarışında istifadə edilmiş maşınlardır. Bu maşınlar təzə olmaqlarına baxmayaraq müəyyən qədər yürüşləri var. Avbtomobillərin yürüşünün maksimum 700-800 kilometr olduğu bildirilir.

Bu avtomobillərin təzəsi isə 47 min manatdan başlayır. Belə ki, mühərrikinin həcmi 200 kub santimetr olan full salon sportagelər 52 900 manata, mühərrikinin həcmi 2400 kub santimetr olanlar isə 59 900 manata təklif olunur. Hər 2 komplektasiya benzin mühərriki ilə çalışır. Bu avtomobillərin sayı 5-6 arasıdır. Maşınlar ağ, qara, yaş asfalt rənglərindədir.

Digər xəbərlər