Son illər ölkəyə idxal edilən avtomobillər üçün aksiz dərəcələrinin yüksək olması, xaricdən əsasən kiçik mühərrikli avtomobillərin gətirilməsinə səbəb olub. FED.az xəbər verir ki, mühərrikin həcminin azalmasına baxmayaraq, avtomat sürət qutusuna tələbat azalmayıb. Ölkə sakinləri əvvəlki kimi məhz avtomat sürət qutulu avtomobillərə üstünlük verirlər.
FED.az hazırda ölkədə satılan avtomat sürət qutulu ən ucuz avtomobillərin siyahısın təqdim edir:
Eləcə də bax: Hibrid avtomobillərin idxalını artırmaq üçün - HAZIRLIQ GEDİR - MÜSAHİBƏ
«Hyundai Accent»
«Hyundai» şirkətinin ölkəmizdə satılan ən ucuz modelinin qiyməti
25 800 manatdan başlayır. Avtomobilin 1,6 litrlik mühərriki həcmi 107 at gücü verir.
Kreditlə - 50% ilkin ödəniş olmaqla almaq olar. 4 illik kreditlərin faiz dərəcəsi 17%, 3 illikdə isə 16%-dir. «Hyundai Accent»i lizinqlə də almaq olar - 20% ilkin ödəniş, 1-4 illiyə.
«Kia Rio»
Hazırda «Kia»nın ən ucuz variantı «Rio»dur - 25 300 manat. 1,4 litrlik mühərrik 123 at gücü verir. «Rio»nu kredit və lizinq şərtlərilə almaq olar. Kreditlə ilkin ödəniş 50%, 36-48 aylıq müddətə. 3 illik kredit 16%, 4 illik kredit 17%-lə ayrılır.
Lizinq variantında isə ilkin ödəniş 25%-dir.
«Chevrolet Aveo»
Azərbaycanda satılan ən ucuz amerikan avtomobili «Chevrolet Aveo»dur – 25 950 manat. 1,4 litr və 86 at gücü.
«Aveo»nu 3 illik kreditlə almaq olar – ilkin ödəniş 6900 manat təşkil edir.
«Volkswagen Polo»
«Volkswagen» şirkəti Azərbaycanda fasiləsiz endirim kampaniyaları keçirsə də, avtomobillərin qiyməti yalnız artmağa doğru hərəkət edir. Hələlik şirkətin ən ucuz modeli «Volkswagen Polo»dur – 25 000 manat. 1,6 litrlik mühərrik 110 at gücündədir. Bu avtomobili 50% ilkin ödənişlə 1-5 illik kreditlə və ya 20% ilkin ödənişlə lizinqlə almaq olar.
«Nissan Sunny»
«Nissan Sunny»nin qiyməti 23 630 manatdan baslayir. 1,5 litr mühərrik 107 at gücü verir. Kreditlə ilkin ödəniş 50%, lizinqlə 20% olmaqla, 3-5 illiyə götürmək olar.
«Skoda Fabia»
«Skoda» Azərbaycanda hələ ki, populyar olmayan və alıcılarının hələlik ehtiyatla yanaşdığı brenddir. Amma bu hal «Skoda»nın ən ucuz versiyası olan «Fabia»nın daha populyar brendlərdən də bahalığına mane olmayıb – 28 900 manat. Bir qədər qəribə görünən 1 litrlik mühərrik turbonun hesabına 110 at gücü verir. 1,6 litr mühərriki olan «Skoda Rapid» də eyni gücdədir. Bu avtomobilləri 9700 manat ilkin ödənişlə illik 16% kreditlə götürmək olar.
«Daewoo Ravon»
«Daewoo» Azərğaycan bazarında cəmi bir yeni modellə təmsil olunsa da, qənaətliyi və ucuz qiymətinə görə taksi sürücüləri arasında populyardır – 19 000 manat. 1,2 litr mühərrik 90 at gücü verir. Bu avtomobili 5300 manat ilkin ödənişlə aylıq 438 manatdan kreditə götürmək olar.
«Opel corsa»
«Opel»in ən ucuz yeni avtomobili 26 900 manatdır. 1,4 litr mühərrik 100 at gücü verir. 50% ilkin ödəniş olmaqla illik 18%lə 48 aylığa götürmək olar.
«Renault Sandero»
«Renault Sandero» hazırda bazarda olan ən maraqlı variantlardan biridir – 25 330 manat. 1,6 litrlik mühərrik 102 at gücü verir. 50% ilkin ödəniş olmaqla 3-5 illiy faizsiz kreditə götürmək olar.
«Lada Granta»
«Lada»nın Azərbaycanda yeganə avtomat sürət qutulu avtomobili – hələlik ən ucuz variantdır – 17 000 manat. 1,6 litrlik mühərrik 87 at gücü verir. 10 min manat ilkin ödəniş olmaqla 24 aylığa kreditə götürmək olar.