Sankt-Peterburqdakı keçmiş Nissan avtomobil zavodu AvtoVAZ tərəfindən idarə olunacaq, müəssisədə istehsalın 2023-cü ildə başlanması planlaşdırılır.
MDB-də yeni avtomobil lideri yaranır – «UzAuto Motors» Rusiyanın «AvtoVAZ»nı keçəcək
FED.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirin müavini, Sənaye və ticarət naziri Denis Manturov jurnalistlərə məlumat verib.
O, 2023-cü ildə avtomobil bazarı ilə bağlı sualı cavablandırarkən deyib: “İstehsal, o cümlədən Nissan ərazisində, gözlədiyimiz kimi, AvtoVAZ tərəfindən mənimsəniləcək”.
Noyabrın sonunda Sənaye və Ticarət Nazirliyinin tabeliyində olan qurum Sankt-Peterburqdakı zavod da daxil olmaqla, Yaponiyanın Nissan avtomobil istehsalçısının bütün Rusiya aktivlərini alıb.(Marja)