Özbəkistanın «UzAuto Motors» avtomobil şirkəti Rusiyanın «AvtoVAZ»nı keçərək MDB məkanında avtomobil sənayesinin lideri olmağa qərar verib.
Eləcə də bax:İlin əvvəlindən Rusiyada Çinin avtomobil brendlərinin 300-ə yaxın yeni avtosalonu - AÇILIB
FED.az xəbər verir ki, «General Motors» bunun üçün tələb olunan sayda komponentləri tədarük edəcəyini vəd edir.
ABŞ-da Özbəkistan nümayəndə heyəti ilə «General Motors» konserni arasında danışıqlar aparılıb. Tərəflər əməkdaşlığın intensivləşdirilməsi və «UzAuto Motors»a daxilolan 3 zavodda istehsalı 1,5 dəfə - 2023-cü ilin sonuna qədər 500 min avtomobilə qədər artırmaq barədə razılığa gəliblər.
«Uzavtosanoat», «UzAuto Motors»” və «“GM» şirkətləri arasında istehsal gücünün artırılması ilə bağlı müqavilə imzalanıb. Tərəflər «UzAuto Motors»u MDB məkanında avtomobil sənayesində liderə çevirmək və Qazaxıstan və Azərbaycanda avtomobillərin kiçik həcmli (CKD) istehsalını təşkil etmək barədə razılığa gəliblər.
Bundan əlavə, «Kobalt» və «Damas» istehsalının hər modeldən 150 min ədədə çatdırılması qərara alınıb. «General Motors» bunun üçün lazımi sayda komponentləri, o cümlədən qıt mikrosxemləri tədarük etməyi vəd edir
Oktyabr ayında «UzAuto Motors»un IPO-su zamanı təqdimatda ilin sonunda istehsalın rekord vuracağı və 340 min avtomobilin (zavodun layihə gücü 250 min ədəddir) istehal ediləcəyi bildirilmişdi. Qarşıdakı 4 il ərzində isə istehsalın ildə 500 minə çatdırılması nəzərdə tutulurdu.
İndi isə yarım milyonluq həddin artıq gələn ilin əvvəlində elan edilməsi, daha sonra isə illik 1 milyon avtomobil istehsalına nail olunması planlaşdırılır.