Amerikanın "Stellantis" şirkəti (Jeep, Fiat, Chrysler və Peugeot markaları altında avtomobillər istehsal edir) Çinin elektrik avtomobil istehsalçısı "Zhejiang Leapmotor Technologies" şirkətinin səhmlərinin 20%-ni almaq üçün müqavilə bağlayıb.
Səudiyyə Ərəbistanı avtomobil ölkəsinə çevrilir - «HYUNDAİ» ZAVODU QURULUR
FED.az xəbər verir ki, müqavilənin dəyəri 1,5 milyard avrodur.
"Stellantis NV" və "Leapmotor" bu gün planları açıqlayıblar. "Stellantis" şirkəti "Leapmotor"un təxminən 20%-ni almaqla strateji səhmdar olur. Həmçinin müqavilə Çindən kənarda "Leapmotor" məhsullarının ixracı, satışı, eləcə də istehsalı üçün eksklüziv hüquqlara malik olan "Stellantis"in rəhbərliyi ilə ( 51%/49% ) birgə müəssisənin - "Leapmotor International"ın yaradılmasını da nəzərdə tutur.
Honq-Konqdakı "Leapmotor"ın səhmləri 2023-cü ildə təxminən 22% bahalaşıb. Şirkətin bazar dəyəri 42,052 milyard Honq Konq dolları (5,37 milyard dollar) təşkil edib.
Tərəfdaşlığın məqsədi "Leapmotor"un dünyanın ən böyük bazarı olan Çində satışlarını daha da artırmaq, eyni zamanda Avropadan başlayaraq digər regionlarda "Leapmotor" brendinin satışlarını əhəmiyyətli dərəcədə sürətləndirmək üçün "Stellantis"in qurulmuş qlobal kommersiya mövcudluğundan istifadə etməkdir. "Stellantis" də Çinin "Leapmotor" şirkətinin yüksək innovativ elektrik avtomobilləri texnologiyasından istifadə etmək niyyətindədir. Birgə müəssisə tədarüklərə 2024-cü ilin ikinci yarısında başlamağı planlaşdırır.
"Leapmotor" da "Stellantis"in mövcud texnologiyasına çıxışəldə edəcək. "Stellantis" "Leapmotor"un Direktorlar Şurasında iki yerə sahib olacaq və "Leapmotor International" birgə müəssisəsinin baş direktorunu təyin edəcək. (Marja)