Böyük Britaniyanın “Jaguar Land Rover” (JLR) holdinqi yaxın illərdə elektromobil istehsalına keçəcək.
Eləcə də bax: “Apple” şirkəti elektromobillərin istehsalına başlayır - FOTOLAR
FED.az xəbər verir ki, şirkətin bugünkü açıqlamasında 2025-ci ilədək “Jaguar” brendi altında yalnız luxury sinfinə aid elektromobillər buraxacaqları, 2030-cu ilədək “Land Rover” brendi ilə buraxılacaq avtomobillərin 60 faizinin elektromobil, digərlərinin isə benzin mühərriki ilə olacağı qeyd olunur.
O cümlədən 2024-2025-ci illərdə “Land Rover”in 6 elektrik modeli təqdim olunacaq. 2026-cı ilədək dizel mühərriklərindən bütövlükdə imtina etmək, 2039-cu ilədək karbon qazı tullantılarını sıfırlamaq hədəflənir.
“Jaguar Land Rover” 2008-ci ildən Hindistanın ən böyük avtomobil istehsalçısı “Tata Motors”a məxsusdur. “Tata Group”un “Reimagine” adlı ekoloji təmizlik strategiyasına JRL-nin qoşulduğu xəbərindən sonra “Tata Group”un səhmləri Mumbai Fond Birjasında 3 faiz bahalaşıb. (Report)