Bu gün Məşhəd şəhərində İranın istehsal etdiyi ilk elektrobus istifadəyə verilib.
Eləcə də bax: “Azərmaş” Azərbaycanda - “QAZ” Xüsusi Maşınlarını Yığacaq
FED.az xəbər verir ki, elektrobus İranın “Mapna” Şirkətlər Qrupu tərəfindən istehsal olunub.
Elektrobusun uzunluğu 12 metrdir və 19,5 ton tutumu var. Elektrobus gündə bir dəfə elektrik enerjisi ehtiyatı ilə təxminən 300 kilometr məsafəni qət edə bilər.
Məlumata əsasən Məşhəd şəhər bələdiyyəsinin sifarişi ilə “Mapna” şirkəti 100 elektrobus istehsal edəcək. Müqavilə əsasında cari ildə 10 elektrobus Məşhəd Şəhər Bələdiyyəsinə təhvil veriləcək. (Apa)