“Azərmaş” ASC Azərbaycanda yığılan “QAZ” xüsusi və kommersiya maşınların xəttini genişləndirməyi planlaşdırır.
Eləcə də bax: İndiyədək Neftçalada 5 mindən çox «Khazar» avtomobili - Buraxılıb
FED.az xəbər verir ki, bu barədə ASC-nin rəhbəri Emin Axundov bəyan edib.
İyunun 1-də Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və Rusiyanın Azərbaycandakı səfriliyinin baş müşaviri Vasili Beldyuqinin “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov ilə işçi görüşü baş tutub. Bu barədə Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi məlumat verir.
“Görüş zamanı Azərbaycanın Hacıqabul Sənaye Məhəlləsində “QAZ” kommersiya avtomobillərinin yığım istehsalı işlərinin ilk nəticələri, cari il “QAZ” xüsusi və kommersiya maşınlarının geniş assortimentinin yığımı və satışı perpsketivləri müzakirə olunub”, - məlumatda vurğulanır.
Axundov məlumat verib ki, Azərbaycanda yığılan Rusiya avtomobilləri qiymət və keyfiyyətin optomal nisbəti hesabına yerli bazarda yaxşı tələbata malikdir. “Azərbaycan istehlakçıları Rusiyanın texnikasının etibarlığına əmindirlər, onun bütün üstünlüklərini və istifadə xüsusiyyətləri ilə tanışdılar. Planlarımızda Azərbaycan sifarişçilərini ehtiyacları üçün xüsusi maşınları yığımı var”, - o qeyd edib.
Həmçinin, “Azərmaş”ın rəhbəri bu layihə üzrə “QAZ Qrup” ilə konstruktiv və qarşılıqlı səmərəli əməkdaşlığı vurğulayıb.
Mövcud razılıqlara əsasən, Azərbaycanın RF subyektləri ilə regionlararası kooperasyanın inkişafı çərçivəsində Mirsayapov “Azərmaş” ASC-nin rəhbərliyinə yük və kommersiya nəqliyyatı üçün avtohissələrin istehsalı sahəsində Dağıstan müəssisələrinin potensialını təqdim edib. (İnterfaks)