İranda avtomobilə olan tələbatı ödəmək mümkün deyil.
Xaricdən gətirilən elektromobilə görə – NƏ QƏDƏR GÖMRÜK VERGİ VƏ RÜSUMU TUTULUR? – İZAHAT, MİSAL
FED.az xəbər verir ki, İran hökuməti ikinci əl avtomobillərin idxalı ilə bağlı hazırladığı təcili qanun layihəsini təsdiq edib.
Hökumət rəsmiləri avtomobil bazarında tələbin təklifdən dəfələrlə böyük olduğunu bildiriblər.
Qeyd edək ki, İran hökuməti “İran Khodro” və “Saipa” kimi yerli avtomobil istehsalçılarını dəstəkləməklə, avtomobil idxalına sərt qaydalar və ağır vergilər tətbiq edir. Yüz minlərlə insanı işlə təmin edən və ölkənin ən mühüm sektorlarından biri sayılan avtomobil sənayesi 2018-ci ildən ABŞ-ın sanksiyaları altında fəaliyyət göstərir. (Modern.az)