"Nissan"ın lüks avtomobil markası "Infiniti" Qərbi Avropa bazarından gedəcəkləri ilə bağlı açıqlama verib.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, 2020-ci ildən etibarən markanın 13 Avropa ölkəsindəki satışları dayandırılacaq.
Şirkət isə açıqlamasında "Infiniti" və "Nissan"ın uzunmüddətli planlarını yenidən nəzərdən keçirdiyini bildirib. Həmçinin, növbəti illərdə Şimali Amerika bazarı üçün SUV modellərə üstünlük veriləcəyi və gələcək 5 ildə Çində beş yeni modelin satışa təqdim olunması ilə bağlı planların olduğu qeyd olunub.
Bununla bərabər, "Infiniti"nin elektrikli avtomobillərlə bağlı planları ilə əlaqədar olaraq 2021-ci ildən etibarən dizel ilə çalışan avtomobil satışını dayandıracağı deyilib.
Eləcə də bax: Maşını xaricə aparıb 2 ilə ölkəyə qaytarmaq tələbi ləğv olunur