Avto

“Azərmaş”ın sədri: “Çip çatışmazlığı avtomobil istehsalımıza təsir edir”

“Azərmaş”ın sədri: “Çip çatışmazlığı avtomobil istehsalımıza təsir edir” | FED.az
15:30 27 Aprel 2021

"Koronavirus (COVID-19) pandemiyasına görə qapanmalara gedilməsi son zamanlar avtomobillərin əsas hissələrindən olan yarımkeçirici çiplərin çatışmazlığına səbəb olub. Bu isə Amerika və Avropa bazarlarında avtomobil istehsalına da mənfi təsir edib".

Eləcə də bax: Azərbaycandan Ukraynaya avtomobil ixracının başlayacağı - Vaxt Açıqlanıb

FED.az xəbər verir ki, artıq ABŞ-ın nəhəng avtomobil istehsalçıları olan “General Motors” və “Ford” rəsmi məlumat yayaraq istehsal həcmini azaltdıqlarını elan ediblər.

Ötən həftədən etibarən isə Avropanın bir sıra avtomobil istehsalçıları da analoji addımı atmağa başlayıblar.

Azərbaycanın avtomobil istehsalçısı - “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov “Report”a açıqlamasında qeyd edib ki, çip çatışmazlığı onların da işinə təsir edib: “Yarımkeçiricilərin çatışmazlığı dünyada avtomobil sənayesində olduğu kimi bizim də fəaliyyətimizə təsir edib. Xüsusilə Avropada və Asiyada olan tərəfdaşlarımızın bu problemlə üzləşməsi müəyyən yubanmalara səbəb olur. İstehsal etdiyimiz avtomobillər üçün sifariş verdiyimiz avadanlıqlarda təxminən 1-2 aylıq gecikmələr yaranır. Bu isə təbii ki, istehsala da müəyyən təsir göstərir”.

E.Axundov qeyd edib ki, artıq avtomobil konsernləri yarımkeçiricilərin istehsalını artırıblar, bu isə istehsalın yaxın zamanlarda əvvəlki səviyyəyə qayıtmasına səbəb olacaq.

Xatırladaq ki, “Azərmaş” şirkətinə məxsus Neftçala Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir.

Ötən həftə isə Prezident İlham Əliyevin iştirakı ilə Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş”ın yeni zavodunun açılışı olub. (Report)

Banner
Banner

Digər xəbərlər