"Hyundai" şirkəti özünün ən ucuz krossoverini satışa çıxarıb.
FED.az xəbər verir ki, "Venue" krossoverinin ilk dəfə olaraq Şimali Amerika bazarında satışı başlayıb. Avtomobilin ilk təqdimatı bu ilin yazında olub, o vaxtdan "Venue" Hindistan və Koreya bazarında satılır.
Eləcə də bax: Bakıda satılan avtomat sürət qutulu - ƏN UCUZ AVTOMOBİLLƏR – QİYMƏTLƏR
Bazar komplektasiyasında "Hyundai Venue" 6 təhlükəsizlik yastığı, 17 düymlük dislər, multimediya sistemi və 8 düymlük monitorla təmni edilib.
"Hyundai"ın ən ucuz SUV modelini 1,6 litrlik, 123 at gücü olan mühərrik hərəkətə gətirir. ABŞ bazarında avtomobilin qiyməti 18 min 345 dollardan başlayır. Ən zəngin komplektasiya 20 min 50 dollardır.