Cənubi Koreyanın ən böyük avtomobil şirkəti "Hyundai Motor" 2025-ci ildə istehsalın inkişafına 61 trilyon Cənubi Koreya vonu (51 milyard dollar) sərmayə ayıracaq.
FED.az xəbər verir ki, bu barədə şirkət rəhbərliyinin bəyanatında bildirilir.
Eləcə də bax: «Tesla» yeni avtomobili üçün – MİNLƏRLƏ SİFARİŞ ALIB - QİYMƏT
Genişmiqyaslı investisiyaların hədəfi - mövcud biznesin rəqabətə davamlılığını yüksəltmək və gələcək texnologiyada investisiyaların hesabına yeni imkanların yaradılmasıdır. Xüsusi halda, 20 trilyon von (17 milyard dollar) istehsala, təkmilləşməyə, pilotsuz və elektrik avtomobillərinin istehsalına xərclənəcək.
Şirkət həmçinin qeyd edib ki, 2025-ci ildə əməliyyat gəliri əmsalını indiki 5%-dən 8%-ə qədər artırmağı planlaşdırır.
Eləcə də bax: Dövlət Gömrük Komitəsi: Hibrid avtomobillər - RÜSUMDAN AZAD EDİLMƏYƏCƏK
Report