Elektrik avtomobillərinin istehsalçısı olan «Tesla» özünün yeni zirehli elektromobili üçün minlərlə sifariş alıb. FED.az xəbər verir ki, şirkətin noyabrın 21-də təqdim etdiyi «Cybertruck» elektronmobilinin alınması üçün 2 gün ərzində 146 min sifariş daxil olub. «Tesla»nın təsisçisi İlon Maks bildirib ki, sifarişər elə təqdimat günü daxil olmağa başlayıb. Müştərilərin böyük hissəsi (42%) maşının ikimühərrikli variantını istəyirlər. 41% müştəri 3 mühərrikli, 17% isə 1 mühərrikli maşın almaq istəyirlər. «Tesla»nın avtomobillərini sifariş vermək asandır – cəmi 100 dollar. Mask vəd edib ki, imtina olsa, pullar sahibinə qaytarılacaq.
Avtomobillərin istehsalı və satışı 2021-ci ildə başlanacaq. Ən ucuz bir mühərrikli «Cybertruck»ın qiyməti 39,9 min dollar, ikimühərrikli variant 49,9 min dollar, 3 mühərrikli variant isə 69,9 min dollardır.
Qeyd edək ki, «Cybertruck»ın təqdimatı 22 noyabrda Los-Ancelesdə olub. Maşının korpusu yüksək möhkəmliyə malik paslanmayan poladdan hazırlanıb, eləcə də güllə keçirməyən şüşələr quraşdırılıb. Amma təqdimatda xoşagəlməz vəziyyət yaranıb. .Belə ki, maşının konstruktoru Frans fon Xolshauzen şüşələrin möhkəmliyini nümayiş etdirmək üçün ona metal kürə çırpıb və şüşələr çatlayıb. Uğursuz təqdimat nəticəsində «Tesla»nın səhmləri 5% ucuzlaşıb, nəticədə İlon Maskın varidatı 768 milyon dollar azalaraq 23,6 milyard dollara enib.