Hyundai Motor Company Cənubi Koreyada yerləşən 42dot platformasını alır.
Eləcə də bax: Xaricdən gətirilən elektrik avtomobillərindən – NƏ QƏDƏR RÜSUM TUTULUR - HESABLAMA
FED.az xəbər verir ki, satınalma Cənubi Koreyalı avtomobil istehsalçısının 2030-cu ilə qədər avtonom sürücülük proqram təminatı texnologiyası və elektrikli nəqliyyat vasitələri ilə əlaqəli bizneslərə 79 milyard dollarlıq investisiya planının bir hissəsi kimi göstərilir.
2030-cu ilə qədər qlobal elektrik avtomobil bazarının 7 faizinə hakim olmağı planlaşdıran Hyundai Motor, sürücüsüz idarəetmə proqram təminatına investisiyalar üçün 9,2 milyard dollar ayırıb. (Marja)