Bu ilin yanvar-fevral aylarında Azərbaycana 118,4 milyon dollar dəyərində 5 min 777 ədəd hibrid avtomobil (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən) idxal edilib.
Fed.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hibrid avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 27,9 milyon dollar və ya 19%, miqdar ifadəsilə isə 1 800 ədəd, başqa sözlə 23,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə 146,3 milyon dollar dəyərində 7 min 577 ədəd hibrid avtomobil gətirilmişdi.
Bu ilin yanvar-fevral aylarının nəticələrinə görə idxal olunan bir hibrid avtomobilin orta qiyməti 20 min 501 dollar (təxminən 34 min 852 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 19 min 304 dollar (təxminən 32 min 817 manat) idi. Bu da illik müqayisədə 1 197 dollar (2 035 manat) və ya 6,2% bahalaşma deməkdir.











