2023-cü ildə Çindən Azərbaycana sərnişin daşımaları üçün nəzərdə tutulmuş təqribən 7,7 min ədəd minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi tədarük edilib.
Çexiya ötən il Azərbaycana avtomobillərin ixracını - 54,4% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat verir.
Hesabat dövründə tədarükün dəyəri $157,2 milyon təşkil edib.
Statistikaya əsasən, 2023-cü ildə Çindən Azərbaycada daha çox mühərrikinin həcmi 1000 kubsantimetrdən 1500 kubsantimetrə qədər olan təqribən 1,6 min ədəd benzin mühərrikli sedan tipli avtomobillər (ümumi dəyəri $19,2 milyona yaxın) və mühərrikinin həcmi 1000 kubsantimetrdən 1500 kubsantimetrə qədər olan benzin mühərrikli univrsal tipli 1,35 min ədədə qədər avtomobillər (tutumu 9 yerə qədər, ümumi dəyəri təxminən $18,4 milyon) ixrac olunub. (İnterfaks-Azərbaycan)