Gürcüstan yerləşdiyi coğrafi mövqeydən istifadə edərək xaricdən idxal etdiyi 517,73 mln. dolları həcimində avtomobilləri Azərbaycan və Ermənistana satıb.
Eləcə də bax: Avtomobil salonları ehtiyatla endirimə başlayır - SATIŞLAR KƏSKİN AZALIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Gürcüstan 2019-cu il ərzində 920,55 milyon dollarlıq (87 gömrük kodu ilə başlayan) yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa, və onların hissələri və ləvazimatlarını ixrac edib. Ölkənin ixrac etdiyi milyarda yaxın olan nəqliyyat məhsulları öncəki illə müqayisədə 10 dəfədən çox artıb, lakin, ölkə bunu təkcə üzü üçün idxal etməyib. İdxal olunan nəqliyyat vasitələrinin 81%-ni yaxında yerləşən ölkələrə satıb ki, bu da 747,85 milyon dollar olması deməkdir.
Ölkə idxal etdiyi bu nəqliyyat vasitələrinin 266,83 milyon dolları həcimində Azərbaycana, 250,91 milyon dollar həcmində Ermənistana, 72,3 Ukraynaya və qalan 157,82 milyon dolları isə digər ölkələrə satılıb.