Nazirlər Kabineti 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “«Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları»nda dəyişiklik edib.
Almaniyadan Azərbaycana avtomobil gətirmək - ARTIQ MÜMKÜN DEYİL
FED.az xəbər verir ki, qaydaların 4.3-cü bəndinə “müvəqqəti olaraq gətirilməsinə” sözlərindən sonra “hər təqvim ili ərzində ümumilikdə” sözləri əlavə edilib.
Kəmər bağlamayan sərnişinlər də cərimə ediləcək - YOL POLİSİ REYDLƏRƏ BAŞLAYIR
Xatırladaq ki, həmin maddə xarici dövlətlərdə daimi qeydiyyatda olan avtomobillərin xarici vətəndaşlar tərəfindən Azərbaycana gətirilməsi qaydasını tənzimləyir. İndiyədək qüvvədə olan qaydaya görə, xarici avtomobillər ölkəyə 90 gün müddətinə müvəqqəti gətirilə bilərdi. İndi isə qaydalara edilən dəyişikliyə görə, 90 günlük icazə bir təqdvim ilinə aid edilib.
Rayondan gələn maşınlar postlardan belə qaytarılır - VİDEO
Daha sadə desək, əvvəlki qaydaya əsasən, xarici avtomobili Azərbaycana gətirən şəxs 90 gündən sonra onu ölkədən çıxarıb yenidən gətirə bilərdi. Bu qayda ilə 3 aydan bir sərhədi keçməklə xarici avtomobili Azərbaycanda demək olar ki, daimi istifadə etmək mümkün idi. İndi isə bu qayda ləğğv edilir.
Bu dəyişiklik xüsusilə son illər Azərbaycanda geniş istifadə edilən Gürcüstan qeydiyyatlı avtomobillərin gətirilməsinin qarşısını alacaq.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.