Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumətin növbəti iclasında məmurların xidməti avtomobilləri (“Qara ciplər”), eləcə də avtoparklarla bağlı yeni təşəbbüslə çıxış edəcək. FED.az xəbər verir ki, bunu Baş nazir Mamuka Baxtadze bildirib.
"Xəzər" avtomobillərinin alıcıları açıqlandı - SİYAHI
Baş nazir deyib: “Bəzi nazirliklərdə, eləcə də cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Ona görə də bizim həm dövlət məmurlarının “qara cipləri” və avtomobil parkları, həm də vəzifəli şəxslərin fərdi avtomobilləri ilə bağlı yeni təşəbbüsümüz olacaq”.
«Toyota»dan superbahalı VİP sedan – QİYMƏT, FOTOLAR
Xatırladaq ki, sabiq baş nazir Georgi Kvirikaşvili də bir müddət əvvəl nazirlərin və digər hökumət üzvlərinin qara rəngli xidməti avtomobillərdən - “qara ciplər”dən istifadə etmələrinə qadağa qoyulması təklifi ilə çıxış etmişdi. Yeni Baş nazir həmin təşəbbüsün qüvvədə qaldığını vurğulayıb.
Gürcstanda «qara cip» qadağası - BAŞLAYIR
14:33
30 İyun 2018