«Toyota» şirkəti «hamı üçün olmayan» bahalı modelin istehsalı və satışına başlayır. FED.az xəbər verir ki, yapon şirkəti bahalı model sayılan yeni nəsil «Toyota Century» sedanları üçün sifarişləri qəbul etməyə başlayıb.
Bu hadisənin əhəmiyyətini anlamaq üçün yada salmaq kifayətdir ki, Yaponiyanın baş naziri «Toyota Century» sedanından istifadə edir, Bundan başqa, Toyota Century Royal lüks limuzini Yaponiya İmperatorunun rəsmi dövlət avtomobili sayılır.
Eləcə də bax: 9 nəfərlik «cip» buraxıldı – CƏMİ 14 MİN DOLLARA - FOTO
Ötən il, Toyota markasının qurucusu olan Sakichi Toyoda'nın 150 illik yubileyi qeyd olundu və bu hadisənin şərəfinə yaponiyalılar yeni, üçüncü nəsil «Century» modelini hazırlayıblar (model düz 50 il əvvəl yaradılıb və Sakichi Toyoda'nın 100 illik yubileyinə hədiyyə edilmişdi).
Modelin uzunluğu 5,33 m, eni – 1,93 m, hündürlüyü – 1,50 m, təkərlər arası məsafə( təkər bazası)- 3,09 m. Belə ki, yeni sedan ölçüsünə görə uzun flaqmanlı Lexus LS bənzəyir (çox güman ki, hər iki maşın eyni bazada istehsal edilib).
Texniki cəhətdən, yeni Toyota Century əvvəlki nəslin Lexus LS-i təkrarlayır. Hərçənd burada ötürücü bütün təkərlər deyil, yalnız arxa əkərlərdir. Avtomobilin hibrid güc təhcizatı V8 381 at gücünə malik olan 5 litrlik benzin mühərriki ətrafında qurulur. Ümumilikdə maşın 431 at gücünə malikdir.
Salonda əsas diqqət arxa oturacaqdakı sərnişinlərə ayrılıb. Onlar üçün multimediya sistemli ekran, həmçinin bir çox tənzimləmələri, masajı olan rahat arxa kreslolar nəzərdə tutulub.
Bu möcüzənin qiyməti cari məzənnəyə uyğun olaraq 180 min dollardır. Və bu qədər baha olmasının bir neçə səbəbi var:
- Təbii ağacdan istifadə olunub, oturacaqların döşəməsi isə təbii yundandır
- Bütün Toyota Century sedanları əl ilə yığılır, bu da ən yüksək keyfiyyəti təmin edir;
- Maşının qabağında olan emblem bütöv metal təkmədən 6 həftə ərzində kəsilir
- Avtomobilə 7 qat rəng vurulub (əl işidir)
- «Toyota Century»nin əsas alıcıları - yüksək vəzifəli şəxslər və Yapon imperator evinin nümayəndələridir.
«Toyota»dan superbahalı VİP sedan – QİYMƏT, FOTOLAR
10:29
27 İyun 2018