“Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Eləcə də bax: Mərkəzi Bank “Gəncə Avtomobil Zavodu”nu - CƏRİMƏLƏYİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb. Protokol Gəncə Şəhər Məhkəməsinə göndərilib, hakim Orxan Cəfərlidir.
Qeyd edək ki, İXM-in 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Məlumat üçün bildirək ki, “Gəncə Avtomobil Zavodu” eyni maddə ilə sentyabr ayında cərimələnmişdir.
Xatırladaq ki, GAZ-ın əsası 1986-cı ildə qoyulub və 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin başa çatmalı olsa da, Sovet İttifaqının dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında GAZ işə düşüb və müəssisədə ilk avtomobil yığılıb. Onun nizamnamə kapitalı 3 milyon 573 min manatdır.